22 yanvar 2025. Çərşənbə

"Rəqib Avropada yaxşı təcrübəyə malikdir"


  • Avroliqa
  • 14:33 22.01.2025
  • Oxunma sayı: 27
"Rəqib Avropada yaxşı təcrübəyə malikdir"

"Rəqib Avropada yaxşı təcrübəyə malikdir."

90deqiqe.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

"Bizim üçün vacib oyundur.Rəqib Avropada yaxşı təcrübəyə malikdir. Rumıniya futbolu öz ciddiliyi ilə hər zaman seçilir. Öz üslubumuzda oynamağa çalışacağıq. Azarkeşləri qələbə ilə sevindirmək istəyirik.Sadəcə, kiçik dəyişikliklər olacaq. Bunu da hücum planında fikirləşirik. FKSB xırda səhvləri bağışlamayan komandadır. Çalışacağıq ki, oyun üslubumuzu qoruyub saxlayaq".

Təcrübəli baş məşqçi rəqibin prezidentinin iddialı açıqlamasına münasibət bildirib:

"Bu, normal fikirdir. Hər kəs oyundan əvvəl bu cür açıqlama verə bilər".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.







Avroliqa