19 fevral 2025. Çərşənbə

“Tottenhem”dən qələbə, “Roma” uduzdu - YENİLƏNİB


  • Avroliqa
  • 08:53 24.01.2025
  • Oxunma sayı: 183
“Tottenhem”dən qələbə, “Roma” uduzdu  - YENİLƏNİB

UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq.

90deqiqe.Az-ın məlumatına görə, “Roma” səfərdə AZ-a minimal hesabla uduzubsa, “Tottenhem” Almaniyada “Hoffenhaym” üzərində çətin qələbə qazanıb.

“Qarabağ”ın Liqa mərhələsinin sonuncu - VIII turunda rəqibi olacaq “Olimpiakos” səfərdə “Portu”ya minimal hesabla qalib gəlib.

“Fənərbağça” isə “Lion” matçında qalib müəyyənləşməyib.

"Bodo Qlimt" evdə Təl-Əviv "Makkabi"sinə, "Tvente" səfərdə "Malmö"yə, "Viktor Plzen" isə evdə "Anderlext" üzərində qələbəyə sevinən tərəf olub.

"Mançester Yunayted" doğma azarkeşləri önündə "Reyncers"ə qalib gəlib. "Latsio", "Real Sosyedad"dan, "Ayntraxt" isə "Ferentsvaroş"dan üstün olub.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VII tur

23 yanvar

21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 0:1

21:45. AZ (Niderland) - “Roma” (İtaliya) -  1:0

21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) - 0:0

21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3

21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) - 2:0

21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) - 3:1

21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland) - 2:3

21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 2:3

“Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya) 2:1

“Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan) 2:0

“Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya) 3:1

PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya) 2:0

“Yunion” (Belçika) - “Benfika” (Portuqaliya) 2:1

“Ludoqorets” (Bolqarıstan) - “Midtyullan” (Danimarka) 0:2

RFS (Latviya) - “Ayaks” (Niderland) 1:0

“Elfsborq” (İsveç) - “Nitsa” (Fransa) 1:0







Avroliqa