31 yanvar 2025. Cümə

AL: "Roma" "Portu" ilə, "Fənərbağça" və "Qalatasaray" isə...


  • Avroliqa
  • 16:34 31.01.2025
  • Oxunma sayı: 10
AL: "Roma" "Portu" ilə, "Fənərbağça" və "Qalatasaray" isə...

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

90deqiqe.Az-ın məlumatına görə,  Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqibləri müəyyənləşib.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Belçikanın “Anderlext” ilə, "Qalatasaray" isə Niderlandın AZ klubu ilə qarşılaşacaq.

"Roma" da səfərdə "Portu"nun müqavimətini qırmağa çalışacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi

"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)
"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)
“Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, bu oyunlar fevralın 13-də və 20-də keçiriləcək.

“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.







Avroliqa