- Avroliqa
- 15:54 18.02.2025
UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin ilk oyunlarına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyə klublarından "Fənərbağça" evdə "Anderlext"i qəbul edib və rəqibi üzərində böyük hesablı qələbə qazanıb.
İspaniya “Real Sosyedad”ı səfərdə “Midtyullann”ın qonağı olub və çətin qələbəyə sevinib. “Ferentsvaroş” evdə “Viktoriya”ya minimal hesabla qalib gəlibsə, "Ayaks" da səfərdə “Yunion” üzərində inamlə qələbə qazanıb.
Türkiyənin digər təmsilçisi "Qalatasaray" səfərdə "AZ Alkmar"ın qonağı olub və darmadağına üzülüb.
"Roma" səfərdə "Portu" ilə heç-heçə edib. "Tvente" də "Budyo Qlimt"ə qalib gəlib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
21:45. “Ferentsvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya) - 1:0
21:45. “Yunion” (Belçika) - “Ayaks” (Niderland) - 0:2
21:45. “Midtyullann” (Danimarka) - “Real Sosyedad” (İspaniya) - 1:2
21:45. “Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika) - 3:0
00:00. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) - 1:1
00:00. "Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç) - 2:1
00:00. AZ (Niderland) - "Qalatasaray" (Türkiyə) - 4:1
00:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya) - 1:2