22 noyabr 2024. Cümə

"Neftçi"nin zəif cəhətlərini bilirdik"


  • Avroliqa
  • 00:40 16.08.2019
  • Oxunma sayı: 448
"Neftçi"nin zəif cəhətlərini bilirdik"

“Bney Yehuda”nın futbolçusu Məhəmməd Qədir “Neftçi”yə qalib gəldikləri (2:1) Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından sonra "Report"un suallarını cavablandırıb.

Hücumçu öncə görüşlə bağlı fikirlərini bölüşüb:

- Bizim üçün çox yaxşıdır. Bilirsiniz, matçdan öncə heç kim fikirləşmirdi ki, biz qələbə qazanacağıq. Ancaq yaxşı nəticə qazandıq. Əks-hücumlarda yaxşı çıxış etdik. Nəticəyə görə xoşbəxtik.

- Buna qədər qol buraxmayan “Neftçi”ni hər iki matçda 2 dəfə məyus etdiniz. Flaqmanın müdafiəsi belə zəif idi?

- Xeyr. Onlar çox yaxşı idilər. Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik.

- Bu qələbədə əsas pay sahibi olduğunuzu düşünmürsünüz? “Neftçi” iki matçda sizi dayandıra bilmədi.

- Burada olduğuma görə xoşbəxtəm. Ən yaxşı oyunumu göstərməyə davam edəcəyəm.

- Özünüzü bu komandada, İsraildə necə hiss edirsiniz?

- Əla... Çox gənc komandamız var. Hamı uğur üçün acdı. Komandamızla qürur duyuram.

- “Neftçi”nin heyətində hansı futbolçunu xüsusi qeydə edə bilərsiniz?

- Məncə, hamı yaxşı idi. Əgər birini seçməliyəmsə, 8 nömrəli oyunçunu, kapitanı qeyd edərdim (Emin Mahmudovu nəzərdə tutur – red.). Çox yaxşı futbolçudur. Həmçinin 28 nömrəli oyunçunu vurğulamaq istərdim (Stiven Jozef-Monroz – red.).

- Qrupa düşmək şansınızı necə görürsünüz?

- Biz buna inanırıq. “Malmö” ilə sınağımız olacaq. Ən yaxşı oyunumuzu oynamağa hazırıq







Avroliqa