21 fevral 2025. Cümə

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub - YENİLƏNİB


  • Avroliqa
  • 09:40 21.02.2025
  • Oxunma sayı: 97
Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub  - YENİLƏNİB

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin oyunlarına yekun vurulur.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyə klublarından "Qalatasaray" doğma meydanda AZ-ı qəbul edib. Dörd qolun qeydə alındığı matçda İstanbul təmsilçisi heç-heçə etsədə, ümumi oyunların nəticəsinə görə Avropa Liqası ilə vidalaşıb.

İtaliya "Roma"sı da doğma meydanda "Portu" ilə üz-üzə gəlib və rəqibinə qalib gələrək mübarizədən kənarlaşdırıb.

"Ayaks" doğma meydanda "Union"a uduzmasına baxmayaraq növbəti mərhələyə adlayıb. Türkiyənin digər təmsilçisi "Fənərbağça" da səfərdə "Anderlext"lə heç-heçə edib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayıb.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20 fevral

“Roma” (İtaliya) - “Portu” (Portuqaliya) - 3:2 (4:3)

"Budyo Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 3:2 (4:4)

"Qalatasaray" (Türkiyə)  - AZ (Niderland) - 2:2 ( 3:6)

FCSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0 (4:1)

 

“Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan) 3:0 (3:1)

“Ayaks” (Niderland) - “Yunion” (Belçika) - 1:2 (3:2)

“Real Sosyedad” (İspaniya) - “Midtyullann” (Danimarka) - 5:2 (7:3)

“Anderlext” (Belçika) - "Fənərbağça” (Türkiyə) - 2:2 (2:5)







Avroliqa