22 fevral 2025. Şənbə

AL-da 1/8 final mərhələsinin cütləri bəlli olub


  • Avroliqa
  • 16:38 21.02.2025
  • Oxunma sayı: 43
AL-da 1/8 final mərhələsinin cütləri bəlli olub

Avropa futbolunun ikinci ən böyük klub yarışında 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Az-ın məlumatına görə, İsveçrədəki qərargahda keçirilən püşkatma nəticəsində qarşılaşmalar müəyyənləşib.

Avropa Liqasının liqa mərhələsində “Latsio”, “Atletik Bilbao”, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt Frankfurt”, “Lion”, “Olimpiakos” və “Reyncers” birbaşa olaraq 1/8 finala vəsiqə qazanıb. Pley-off oyunlarından sonra “Fənərbaxça”, “Viktoriya Plzen”, “Bodo/Qlimt”, “Ayaks”, “AZ Alkmaar”, “Real Sosyedad”, “FCSB” və “Roma” da 1/8 finala vəsiqəni təmin edib.

Eyni zamanda 1/4 final və yarımfinalda qarşılaşacaq cütlər bəlli olub.

UEFA Avropa Liqası
1/8 final cütləri

1. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan)
2. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya)
3. “Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya)
4. FCSB (Rumıniya) - “Lion” (Fransa)
5. AZ (Niderland) - “Tottenhem” (İngiltərə)
6. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
7. “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)
8. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)

1/4 final cütləri
9. 1-ci cütün qalibi - 7-ci cütün qalibi 
10. 5-ci cütün qalibi - 3-cü cütün qalibi
11. 2-ci cütün qalibi - 8-ci cütün qalibi
12. 4-cü cütün qalibi - 6-cı cütün qalibi

Yarımfinal cütləri 
13. 11-ci cütün qalibi - 12-ci cütün qalibi 
14. 9-cu cütün qalibi - 10-cu cütün qalibi

Final

13-cü cütün qalibi - 14-cü cütün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 6-da, cavab görüşləri isə martın 13-də olacaq.







Avroliqa