7 mart 2025. Cümə

“Fənərbağça” uduzdu, “Roma”dan çətin qələbə - YENİLƏNİB


  • Avroliqa
  • 01:55 07.03.2025
  • Oxunma sayı: 67
“Fənərbağça” uduzdu, “Roma”dan çətin qələbə  - YENİLƏNİB

UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, “Fənərbağça” doğma azarkeşləri önündə Şotlandiya “Reyncers”ini qəbul edib. Görüşdə İstanbul təmsilçisi 3:1 hesablı məğlubiyyətə üzülüb.

"Tottenhem" səfərdə "AZ"ın qonağı olub və minimal hesabla uduzub.

“Mançester Yunayted” səfərdə “Real Sosyedad”la qarşılaşıb və bu görüşdə qalib müəyyənləşməyib.

"Lion" isə səfərdə FCSB-nin qonağı olub və böyükhesablı qələbə qazanıb.

“Atletik” “Roma”nın qonağı olub. Bu görüşdə meydan sahibləri çətin qələbə qazanıb.

"Ayaks" evdə "Ayntraxt"la üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

"Latsio" isə səfərdə "Viktoriya" ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib.

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

6 mart

21:45. AZ (Niderland) - “Tottenhem” (İngiltərə) - 1:0

21:45. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 1:1

21:45. FCSB (Rumıniya) - “Lion” (Fransa) - 1:3

21:45. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya) - 1:3

 

00:00. “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya) - 1:1

00:00. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan) - 3:0

00:00. “Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya) - 1:2

00:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya) - 2:1







Avroliqa