Qarabağ'ın rəqibi məğlub oldu
-
Avroliqa
-
20:39 17.08.2019
-
Oxunma sayı: 439
Qarabağ'ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” yerli çempionatda növbəti matçına çıxıb.
Corner.az xəbər verir ki, Şimali İrlandiya Premyer Liqasının 3-cü turunda öz meydanında “Kolreyn”lə qarşılaşan komanda 2:4 hesabı ilə məğlub olub.“Linfild”in heyətində Joe Koper (65) və Şayne Laveri (72) fərqlənib. Rayan Makgivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.Qeyd edək ki, “Linfild” hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb.Əlavə edək ki, “Qarabağ” avqustun 22-də “Vindsor Park”da “Linfild”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandaların avqustun 29-da Bakıdakı matçı isə saat 20:00-da start götürəcək