- Avroliqa
- 14:42 13.03.2025
"Real Sosyedad"ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan viza probleminə görə komanda ilə İngiltərəyə uça bilməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
La Liqa təmsilçisi çarter reysi ilə İngiltərəyə uçub. Oxşar səbəbdən “Real Sosyedad”ın malili futbolçusu Amari Traore hələ də Mançesterə uça bilməyib. Hər iki futbolçu komandanın dünən "Old Trafford"da keçirilən məşqini buraxıblar.
"Real Sosyedad" 2024/2025-ci il mövsümünün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində martın 13-də “Mançester Yunayted”lə qarşılaşacaq. Komandalar arasında ilk görüş heç-heçə (1:1) başa çatıb.