- Avroliqa
- 23:40 13.03.2025
"Real Sosyedad" yarımmüdafiəçi Arsen Zaxaryanın viza probleminə görə "Mançester Yunayted"lə oyunu buraxacağını təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rusiyalı futbolçunun, yaxın vaxtlarda Madridə qayıdacağı diqqətə çatdırılıb.
Daha əvvəl İspaniya mətbuatı "Real Sosyedad"ın çarter reysi ilə İngiltərəyə uçduğunu və burada klubun 2024/2025-ci il mövsümünün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində martın 13-də klubun “Mançester Yunayted”lə qarşılaşacağı barədə məlumat yayıb.
Komandalar arasında ilk görüş heç-heçə (1:1) başa çatıb. Mançesterə gələn təyyarənin göyərtəsində Arsen Zaxaryan olmayıb. Onun viza ilə bağlı problemləri var idi.