- Avroliqa
- 14:16 02.06.2025
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Atletik Bilbao” – “Reyncers” qarşılaşmasında gecəyə damğa vuran an yaşanıb.
90deqiqe.Az-ın məlumatına görə, “San Mames” stadionunda davam edən matçın 17-ci dəqiqəsində “Reyncers”in belçikalı hücumçusu Siriel Dessers "Bilbao"nun müdafiəçisi Dani Vivianla ikili mübarizəyə girib və rəqibin cərimə meydançasında yerə yıxılıb.
Penalti tələb edən futbolçu hakimin yanına yaxınlaşaraq formasının Vivian tərəfindən dartılması nəticəsində cırıldığını göstərib. Lakin bosniyalı baş hakim İrfan Peljto oyunu davam etdirməyi qərara alıb və Dessersə etirazlarına görə sarı vərəqə göstərib.
Qarşılaşmanın ən çox müzakirə olunan epizodlarından biri olan bu qərar “Reyncers” azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. Penalti gözləyərkən cəzalandırılan Siriel Dessers meydandakı qərara açıq şəkildə təəccübünü bildirib.