- Avroliqa
- 01:59 28.11.2025
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, “Mançester Yunayted” evdə “Lion”u sınağı çəkib. Bu görüşdə meydan sahibləri rəqibi üzərində çətin qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
“Tottenhem” səfərdə “Ayntraxt”la üz-üzə gəlib və minimal hesabla qalib gələrək yarımfinala adlayıb.
“Latsio” evdə “Budyo Qlimt”i qəbul edib və bu görüşdə İtaliya klubu rəqibinə penaltilər seriyasında gözlənilməz şəkildə məğlub olaraq mübarizəni dayandırıb.
“Reyncers” isə səfərdə “Atletik”in qonağı olub. Bu görüşdə Bilbao təmsilçisi inamlı qələbə qazanaraq rəqibini mübarizədən kənarlaşdırıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab görüşləri
17 aprel
23:00. “Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) - 2:0
Qollar: O.Sancet, (pen) 45+4, N.Uilyams, 80
İlk oyun - 0:0.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) - 5:4
Qollar: M.Uqarte, 10, D.Dalot, 45+1, C.Tolisso, 71, N.Taqliafiko, 78, R.Çerki, 105, A.Lakazette, (pen), 109, B.Fernandeş, (pen), 114, K.Mayno, 119, H.Maquayr, 120
İlk oyun - 2:2.
23:00. “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 0:1
Qollar: D.Solanke, (pen), 43,
İlk oyun - 1:1.
23:00. “Latsio” (İtaliya) - “Budyo Qlimt” (Norveç) - 3:1 (pen 2:3 )
Qollar: V. Kastellanos, 21, T.Nostin, 90+2, B.Dia, 100, A.Helmersen, 109
İlk oyun - 0:2.