- Avroliqa
- 15:12 18.06.2025
"Tottenhem"in qapıçısı Quqlielmo Vikario Avropa Liqasının 1/4 finalında Almaniyanın "Ayntraxt"ı ilə cavab oyunundan (1:0) sonra fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Hər kəs bir-biri ilə fəxr etməlidir. Biz özümüzü böyük bir ailə, böyük komanda kimi hiss etdik, bundan həzz almalıyıq. Avropa yarışlarının yarımfinalına yüksəlmək böyük nailiyyətdir, amma iş hələ bitməyib. Qarşıda iki yeni görüş var. Qarşıda bizi maraqlı yarımfinal gözləyir. Çətin olacaq, amma mübarizə aparmağa hazırıq.
Xatırladaq ki, “Tottenhem” – “Ayntraxt” matçı Frankfurt şəhərindəki “Frankfurt Arena” stadionunda baş tutub. Qarşılaşma ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk görüş heç-heçə (1:1) ilə başa çatıb. Beləliklə, "Tottenhem" iki görüşün cəmində əldə etdiyi üstünlük sayəsində yarımfinalda iştirak etmək hüququ qazanıb.