5 dekabr 2025. Cümə

"Bu mənim həyatımın ən yaxşı matçıdır"


  • Avroliqa
  • 12:52 18.04.2025
  • Oxunma sayı: 457
"Bu mənim həyatımın ən yaxşı matçıdır"

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro Avropa Liqasının 1/4 finalında “Lion”la cavab oyunundan (5:4) sonra fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, fransalı fubtolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"Həyatımın ən yaxşı matçı. Əvvəllər belə çılğın matçlarda olmamışdım. Biz inanmağa davam edirdik. Vəziyyət xeyrimizə olmayanda belə. Çətin idi, amma azarkeşlər bizi irəli apardılar və bu oyunda qalib gəlməyimizə kömək etdilər. Əgər bu turnirdə qalib gəlmək istəyiriksə, hər görüşə inamla yanaşmalıyıq".

Qeyd edək ki, “Lion” – “Mançester Yunayted” oyunu dünən İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda baş tutub.Əlavə vaxtın oynanıldığı matç 5:4 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb (ümumi 7:6).







Avroliqa