23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın oyunun biletləri satışda


  • Avroliqa
  • 17:29 21.08.2019
  • Oxunma sayı: 424
Qarabağ'ın oyunun biletləri satışda

Qarabağ'ın UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda k'çirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.








Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi