17 may 2025. Şənbə

"Mən hələ də bu mövsümün son 40 ilin ən pis olduğunu düşünürəm"


  • Avroliqa
  • 23:20 07.05.2025
  • Oxunma sayı: 75
"Mən hələ də bu mövsümün son 40 ilin ən pis olduğunu düşünürəm"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim bildirib ki, bu mövsüm klubun son illərdəki ən uğursuz mövsümü olub və hətta Avropa Liqasının qalibi olmaq belə bu gerçəyi dəyişə bilməz.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

"Mən hələ də düşünürəm ki, bu, son 40 ilin ən zəif mövsümüdür. Avropa Liqasını qazansaq belə, Premyer Liqa tarixinin ən pis 'Mançester Yunayted' komandası ola bilərdik. Amma bu, ümumi mənzərəni dəyişmir. Bu mövsüm çox məyusedici keçdi və bunu heç nə dəyişə bilməz"

“Mançester Yunayted” Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda mayın 8-də “Atletik Bilbao” ilə qarşılaşacaq.Xatırladaq ki, ilk oyun 3:0 hesabı ilə “qırmızı şeytanlar”ın xeyrinə başa çatıb.

35 oyundan sonra "Mançester Yunayted" 39 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.







Avroliqa