- Avroliqa
- 15:02 09.05.2025
"Atletik Bilbao"nun futbolçusu Yeray Alvares "Mançester Yunayted"lə oyundan gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, fubtolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Futbolda hər şey ola bilər. Azarkeşlərimiz bizi həqiqətən də finala yüksələ biləcəyimizə inandırdı. Biz mentalitetimizi və ya oyun tərzimizi dəyişməyəcəyik. Risk etdiyimizi başa düşürük, amma mümkün qədər yüksək oynamalıyıq, üstün olmağa çalışmalıyıq".
Bu axşam Avropa Liqasının yarımfinal mərhələsinin "Atletik" - "Mançester Yunayted" cavab oyunu keçiriləcək. Bask klubu evdə 0:3 hesablı darmadağından sonra özünü bərpa etməyə çalışacaq.