- Avroliqa
- 15:02 09.05.2025
"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund Avropa Liqasının yarımfinalında "Atletik Bilbao" ilə cavab oyunundan (4:1) sonra fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, fubtolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Finalda olduğum üçün çox şadam. Düzünü desəm, ilk qol bizi bir qədər həyəcanlandırdı. Qolun gözəl alındığı aydındır, amma ümumi hesabda hələ də iki top fərqi qalırdı. Buna görə də sakitliyimizi qoruyub planımıza sadiq qalmalı idik – bütün şanslarımız hələ də var idi. Rəqibin isə çox da imkanı yox idi."
“Qırmızı şeytanlar” iki qarşılaşmada 7:1 hesabı ilə qalib gəlib və “Tottenhem”lə qarşılaşacaqları ikinci ən vacib Avropa klub turnirinin finalına yüksəlib.