- Avroliqa
- 01:59 28.11.2025
“Tottenhem”in baş məşqçisi Angelos Postecoglou UEFA Avropa Liqasının finalında “Mançester Yunayted”in nəticəsinin komandanın mövsüm yekununa təsir edib-etmədiyi ilə bağlı suala münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Sənə bir şeyi deyim: sabah nə olursa olsun, mən kloun deyiləm və heç vaxt olmayacağam”
İngiltərə Premyer Liqasında "Tottenhem" 37 matçdan sonra 17-ci pillədə qərarlaşıb. Komandanın aktivində 38 xal var. “Mançester Yunayted” 39 xalla 16-cı yerdədir. Avropa Liqasının finalının qalibi növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanacaq.