- Avroliqa
- 11:12 12.07.2025
"Tottenhem"in müdafiəçisi Pedro Porro Avropa Liqasının finalında "Mançester Yunayted"lə oyun öncəsi fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, fubtolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Bütün diqqətimizi finala yönəltməliyik. Rəqibimiz Avropa Liqasında bir dəfə də olsun uduzmayıb. Bu rəqəm çox şeydən xəbər verir. Güclü komanda ilə qarşılaşacağıq, amma onlara qarşı necə oynayacağımızı bilirik”.
Bu gün Bilbaodakı (İspaniya) stadionda “Spurs” və “Qırmızı şeytanlar” arasında Avropa Liqasının finalı keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.