- Avroliqa
- 15:12 18.06.2025
Bu gün UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, həll edici matçda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.
Matçı almaniyalı refer Feliks Zoyer idarə etdiyi görüşdə London klubu minimal hesabla qalib gəlib.
Beləliklə, "Spurs", tarixində üçüncü dəfə bu kubokun sahibi olub.
UEFA Avropa Liqası
Final
22 may
“Tottenhem” (İngiltərə) - “Mançester Yunayted” (İngiltərə) - 1:0
Qollar:B.Conson, 42