18 iyun 2025. Çərşənbə

Kristian Romero Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib


  • Avroliqa
  • 21:34 22.05.2025
  • Oxunma sayı: 264
Kristian Romero Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib

“Tottenhem”in müdafiəçisi və kapitanı Kristian Romero 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu Avropa Liqasında 7 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

Çərşənbə günü, London klubu finalda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Ümumilikdə Romero bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.







Avroliqa