5 dekabr 2025. Cümə

Linfild'in oyunu təxirə salındı - Qarabağ'a görə


  • Avroliqa
  • 14:47 24.08.2019
  • Oxunma sayı: 654
Linfild'in oyunu təxirə salındı - Qarabağ'a görə

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in Şimali İrlandiya çempionatında “Uerronpoynt Taun”la bugünə nəzərdə tutulan 3-cü turun oyunu təxirə salınıb.

Corner.az-ın xəbərinə görə, Şimali İrlandiya Futbol Federasiyasının müvafiq qərar verməsinə səbəb Belfast təmsilçisinin “Qarabağ”la gələn həftə Bakıda keçiləcək oyunudu. Devid Hilinin komandası təkrar görüşə daha yaxşı hazırlaşmaq məqsədilə daxili çempionatdakı matçın başqa vaxta keçirilməsi xahişi ilə yerli federasiyaya müraciət edib və müsbət cavab alıb. 
 
Xatırladaq ki, “Linfild” “Qarabağ” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. Təkrar görüş avqustun 29-u Bakıda olacaq.







Avroliqa