"Bizi çətin sınaq gözləyir”.
Corner.az-ın məlumatına görə, bunu “Linfild”in kapitanı Ceymi Malqryu deyib.
33 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
Malqryu işlərinin çətin olacağını söyləyib: “Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük əhəmiyyət kəsb etmir. Xüsusən də, “Qarabağ” kimi güclü komandaya qarşı”.
Futbolçu “Bakı gözəldi, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdi, gözəl insanları var. Gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və “Qarabağ”ın oyun səviyyəsini artıracağını düşünürəm”.