9 dekabr 2025. Çərşənbə axşamı

“Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb


  • Avroliqa
  • 16:44 07.07.2025
  • Oxunma sayı: 117
“Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” ilə Sloveniyanın “Selye” komandaları arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 3 min bilet satılıb.

Azarkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”–“Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.







Avroliqa