9 dekabr 2025. Çərşənbə axşamı

"Selye" ilə oyuna ciddi hazırlaşırıq”


  • Avroliqa
  • 19:43 08.07.2025
  • Oxunma sayı: 168
"Selye" ilə oyuna ciddi hazırlaşırıq”

“Sabah” klubunun qapıçısı Stas Pokatilov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə keçiriləcək qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper qarşıdakı oyunun çətin keçəcəyini vurğulayıb:

“'Selye' ilə oyuna ciddi hazırlaşırıq. Rəqibi yaxşı tanıyırıq. Onlar güclü komandadır və ötən mövsüm Avropa arenasında layiqli çıxış ediblər. Şansları 50/50 hesab edirəm”.

Pokatilov azarkeşlərə qələbə sevinci yaşatmaq istədiklərini də bildirib:
“Ən böyük istəyimiz azarkeşlərimizi sevindirməkdir. Komanda olaraq bu məqsədə çatmaq üçün bütün gücümüzlə çalışacağıq”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.







Avroliqa