14 dekabr 2025. Bazar günü

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb


  • Avroliqa
  • 16:17 09.07.2025
  • Oxunma sayı: 142
Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” ilə Sloveniyanın “Selye” komandaları arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 5 min bilet satılıb.

Azarkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”–“Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.







Avroliqa