- Avroliqa
- 01:59 28.11.2025
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la qarşılaşacaq Sloveniya təmsilçisi "Selye"nin baş məşqçisi Albert Riera oyundan öncə keçirilən mətbuat konfransında rəqibə hörmət etdiklərini bildirib.
90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis Azərbaycan klubu barədə yetərincə məlumata sahib olduqlarını deyib:
"Sabah" haqqında kifayət qədər məlumatımız var. Komandada bəzi dəyişikliklər var və ümid edirəm ki, bu, bizim oyunumuzda müsbət əksini tapacaq. Rəqibə hörmət edirik və özümüzdə də kifayət qədər güc görürük. UEFA Konfrans Liqasındakı çıxışımızdan sonra düşünürəm ki, "Sabah" da bizim haqqımızda müəyyən informasiyaya malikdir. Amma oyun öncəsi komandaları müqayisə etmək istəməzdim", – deyə Riera bildirib.
Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab qarşılaşması iyulun 17-də Sloveniyada təşkil olunacaq.