Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Corner.az xəbər verir ki, bu turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri Şimali İrlandiyanın “Linfild” klubu ilə üz-üzə gəlib.
Belfastda baş tutan ilk görüşdə 2:3 hesabıyla uduzan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də kifayət edirdi. Görüşdə vacib qələbə qazanan Qarabağ klubu tarixində 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
“Qarabağ” - “Linfild” 2:1
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.