- Avroliqa
- 21:00 11.11.2024
Qarabağ hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü”.
Corner.az-ın məlumatına görə, bunu “Linfild”in baş məşqçisi Devid Hili deyib. Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 3:2 hesabı ilə qalib gəldiyi “Qarabağ”a cavab görüşündə məğlub olaraq (1:2) mübarizəni dayandırıb.
Oyunsonrası mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram”.
- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?
- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi