23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi yeni transferini icarəyə verdi


  • Avroliqa
  • 18:12 30.08.2019
  • Oxunma sayı: 480
Qarabağ'ın rəqibi yeni transferini icarəyə verdi

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya təmsilçisi "Ponte Preta"nın hücumçusu İtalo de Karvalyo Roşa ilə razılığa gəlib.

Lakin 22 yaşlı hücumçu cari mövsümü bu komandada keçirməyəcək. APOEL gənc futbolçunu Kiprin digər klubu "Doxa"ya icarəyə verib. İtalo mövsümün sonuna qədər "Doxa"da çıxış edəcək.

Qeyd edək ki, APOEL Avropa Liqasının A qrupunda "Qarabağ", "Sevilya" və "Düdelanj"la qarşılaşacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi