21 mart 2026. Şənbə

Qurban Qurbanov: Hələ vaxtımız var


  • Avroliqa
  • 20:15 30.08.2019
  • Oxunma sayı: 494
Qurban Qurbanov: Hələ vaxtımız var

Qarabağ'ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, o, "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"la (Lüksemburq) birgə A qrupunda yer almalarına belə münasibət bildirib:

"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"