29 yanvar 2026. Cümə axşamı

Elşad Əhmədov: "Hesab oyuna görə oldu"


  • Avroliqa
  • 22:56 31.08.2019
  • Oxunma sayı: 510
Elşad Əhmədov: "Hesab oyuna görə oldu"

"Maraqlı oyun keçdi. İlk hissədə yaxşı oynadıq. Lakin ikinci hissədə rəqib üstün çıxış etdi. Hesab oyuna görə oldu".

Corner.az xəbər verir ki, bunları "Sabah"ın baş məşqçisi Elşad ƏhmədovPremyer Liqanın III turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçədən sonra deyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, rəqibin yaxşı oyunu onları müdafiəyə çəkilməyə sövq edib: "Qapımıza penalti təyin ediləndən sonra həyəcan vardı. Rəqibin də haqqını yemək olmaz. Fasilədən sonra məcburiyyətdən arxada oturduq. Üç oyuna iki xal ürəyimizcə deyil".







Avroliqa