- Avroliqa
- 01:59 28.11.2025
UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu doğma meydanda Fransanın "Nitsa" klubunu sınağa çəkib. Bu görüşdə İstanbul təmsilçisi inamlı qələbə qazanıb.
İtaliyanın "Roma" klubu doğma meydanda Fransanın "Lill" klubunu qəbul edib və minimal hesabla uduzub.
Şotlandiyanın "Seltik" klubu doğma meydanda Portuqaliyanın "Braqa"sı ilə üz-üzə gəlib və bu görüşdə məğlubiyyətə üzülüb.
İsveçrənin "Yanq Boyz"u Ruminyada FCSB-ə, Niderlandın "Qou Ehed İqlz" klubu isə Yunanıstanda "Panatinaikos"a qalib gəlib.
İsveçrənin digər təmsilçisi "Bazel" doğma meydanda Almaniya "Ştutqart"ını qəbul edib və qələbəyə sevinən tərəf olub.
Portuqaliyanın "Portu" klubu evdə Serbiya "Srvena Zvezda"sı ilə üz-üzə gəlib və çətin qələbə qazanıb.
İngiltərənin "Aston Villa" klubu Niderlandda "Feyenoord"un qonağı olub və qalib gəlib.
Xorvatiyanın "Dinamo Zaqreb" klubu İsraildə "Makkabi"ni üstələyibsə, İngiltərənin "Nottingem Forest" klubu evdə Danimarka "Midtyullann"ına uduzub.
Fransanın "Lion" klubu doğma meydanda Avstriya "Zaltsburq"unu qəbul edib və inamlı qələbə qazanıb.
İspaniyanın "Selta" klubu evdə Yunanıstan təmsilçisi PAOK-u sınağa çəkib və rəqibi üzərində böyükhesablı qələbə qazanıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur
2 oktyabr
20:45. "Roma" (İtaliya) – "Lill" (Fransa) - 0:1
Qollar: H.Haraldsson, 6
20:45. "Bolonya" (İtaliya) – "Frayburq" (Almaniya) - 1:1
Qollar: R.Orsolini, 29, I.Adamu,57 (pen)
20:45. "Seltik" (Şotlandiya) – "Braqa" (Portuqaliya) - 0:2
Qollar: R.Horta, 20, G.Martines, 85
20:45. "Viktoriya" (Çexiya) – "Malmö" (İsveç) - 3:0
Qollar: M.Vydra, 34, R.Durosinmi, 44, K.Spacil, 53
20:45. "Fənərbağça" (Türkiyə) – "Nitsa" (Fransa) - 2:1
Qollar: K.Aktürkoğlu, 3, 25, K.Karlos, 35, (pen)
20:45. FCSB (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 0:2
Qollar: J.Monteyro, 11, 36
20:45. "Panatinaikos" (Yunanıstan) – "Qou Ehed İqlz" (Niderland) - 1:2
Qollar: K.Sviderski, 55, M.Smit, 75,82
20:45. "Ludoqorets" (Bolqarıstan) – "Betis" (İspaniya) - 0:2
Qollar: C.Lo Celso, 31, Son, 53, (a.q)
20:45. "Brann" (Norveç) – "Utrext" (Niderland) - 1:0
Qollar: S.Maqnusson, 41
23:00. "Bazel" (İsveçrə) – "Ştutqart" (Almaniya) - 2:0
Qollar: A.Ajeti, 3, X.Şaqiri, 84
23:00. "Portu" (Portuqaliya) – "Srvena Zvezda" (Serbiya) - 2:1
Qollar: V.Qomes, 8 (pen), V.Kostov, 33, R.Mora, 89
23:00. "Feyenoord" (Niderland) – "Aston Villa" (İngiltərə) - 0:2
Qollar: E.Buendia,61, J.McQrin, 79
23:00. "Genk" (Belçika) – "Ferentsvaroş" (Macarıstan) - 0:1
Qollar: B.Varqa, 44
23:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:3
Qollar: S.A.Farxi, 14, M.Lisica, 16, D.Ljubicic, 19, 72
23:00. "Nottingem Forest" (İngiltərə) – "Midtyullann" (Danimarka) - 2:3
Qollar: O.Diao, 18, D.Ndoye, 22, M.Beç, 24, M.Tulberq, 64, C.Vud, 90+3 (pen)
23:00. "Lion" (Fransa) – "Zaltsburq" (Avstriya) - 2:0
Qollar: M.Satriano, 11, R.Kluyvert, 57
23:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) - 3:1
Qollar: G. Giakoumakis, 37, İ.Aspas, 45+2, B.İqlesas, 53, V.Svedberq, 70,
23:00. "Şturm" (Avstriya) – "Reyncers" (Şotlandiya) - 2:1
Qollar: T.Horvat, 7, O. Kiteishvili, 35, D.Qassama, 49