5 dekabr 2025. Cümə

Peşəkar Futbol Liqasının rəsmisi Avropa Liqasının oyununa təyinat alıb


  • Avroliqa
  • 17:11 13.10.2025
  • Oxunma sayı: 136
Peşəkar Futbol Liqasının rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

PFL-dən 90deqiqe.Az-a bildirilib ki, o, Avropa Liqasının əsas mərhələsində keçiriləcək FKSB (Rumıniya) - “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də oynanılacaq.







Avroliqa