20 mart 2026. Cümə

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb


  • Avroliqa
  • 10:31 21.10.2025
  • Oxunma sayı: 378
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

 







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"