8 noyabr 2025. Şənbə

“Fənərbağça”dan vacib qələbə, “Roma”dan gözlənilməz məğlubiyyət


  • Avroliqa
  • 07:35 24.10.2025
  • Oxunma sayı: 303
“Fənərbağça”dan vacib qələbə, “Roma”dan gözlənilməz məğlubiyyət

UEFA Avropa Liqasının Liqa mərhələsində III turun bütün oyunları yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Avropanın müxtəlif şəhərlərində ümumilikdə 18 qarşılaşma keçirilib.

Türkiyəni təmsil edən “Fənərbağça” doğma azarkeşləri önündə Almaniyanın “Ştutqart” klubuna qarşı minimal hesablı qələbə qazanıb – 1:0. İstanbul təmsilçisi bu nəticə ilə qrupda vacib 3 xal əldə edib.

Günün sürpriz nəticələrindən biri İtaliya nəhəngi “Roma”nın evdə Çexiyanın “Viktoriya” komandasına 1:2 hesabı ilə məğlub olması olub. Digər italyan klubu “Bolonya” səfərdə Rumıniya təmsilçisi FCSB üzərində 2:1 hesablı qələbə qazanıb.

Fransanın “Lion” komandası İsveçrə təmsilçisi “Bazel”i 2:0 hesabı ilə məğlub edib. Günün ən məhsuldar oyunlarından biri isə Fransada baş tutub – “Lill” doğma meydanda PAOK qarşısında 3:4 hesabı ilə uduzub.

Ümumilikdə 23 oktyabr tarixində keçirilən matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Avropa Liqası – Liqa mərhələsi, III tur

23 oktyabr

  • "Feyenoord" (Niderland) – "Panatinaikos" (Yunanıstan) – 3:1

  • "Zaltsburq" (Avstriya) – "Ferentsvaroş" (Macarıstan) – 2:3

  • "Fənərbağça" (Türkiyə) – "Ştutqart" (Almaniya) – 1:0

  • "Braqa" (Portuqaliya) – "Srvena Zvezda" (Serbiya) – 2:0

  • "Lion" (Fransa) – "Bazel" (İsveçrə) – 2:0

  • FCSB (Rumıniya) – "Bolonya" (İtaliya) – 1:2

  • "Qo Ehed İqlz" (Niderland) – "Aston Villa" (İngiltərə) – 2:1

  • "Genk" (Belçika) – "Betis" (İspaniya) – 0:0

  • "Brann" (Norveç) – "Reyncers" (Şotlandiya) – 3:0

  • "Roma" (İtaliya) – "Viktoriya" (Çexiya) – 1:2

  • "Lill" (Fransa) – PAOK (Yunanıstan) – 3:4

  • "Seltik" (Şotlandiya) – "Şturm" (Avstriya) – 2:1

  • "Makkabi" (Təl-Əviv, İsrail) – "Midtyullann" (Danimarka) – 0:3

  • "Yanq Boys" (İsveçrə) – "Ludoqorets" (Bolqarıstan) – 3:2

  • "Frayburq" (Almaniya) – "Utrext" (Niderland) – 2:0

  • "Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya) – 2:0

  • "Selta" (İspaniya) – "Nitsa" (Fransa) – 2:1

  • "Malmö" (İsveç) – "Dinamo" (Zaqreb, Xorvatiya) – 1:1

Turnirin növbəti – IV tur oyunları noyabrın əvvəlində keçiriləcək.







Avroliqa

AL: Gecənin bütün nəticələri
  • Avroliqa
  • 00:52 03.10.2025
AL: Gecənin bütün nəticələri