- Avroliqa
- 01:59 28.11.2025
Avropa Liqasının 4-cü turunda İspaniyanın “Betis” klubu Fransanın “Lion” komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, matç Sevilyadakı “La Kartuxa” stadionunda keçirilib və 2:0 hesabı ilə İspaniya təmsilçisinin xeyrinə başa çatıb.
Qolları Ez Abde (30-cu dəq.) və Antoni (35-ci dəq.) vurublar.
Bu nəticə ilə “Betis” xallarını 8-ə çatdırıb, “Lion” isə ilk dəfə xal itkisi yaşayaraq 4 oyundan sonra 9 xalla turnir cədvəlində qalıb.