23 oktyabr 2024. Çərşənbə

"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub


  • Avroliqa
  • 13:19 16.09.2019
  • Oxunma sayı: 437
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçının təyinatları bəlli olub. 

Corner.az-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yevqeni Aranovskiyə yan xətt hakimləri Syomen Şlonçak və İqor Alyoxin köməklik göstərəcəklər. 

Dördüncü hakim funksiyasını isə Yaroslav Kozık yerinə yetirəcək. Görüşün hakim-inspektoru Bosniya və Herseqovinadan Elmir Pilav, UEFA nümayəndəsi isə bolqarıstanlı Boris Stankov olacaq. 

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi