23 oktyabr 2024. Çərşənbə

UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul ödəyib


  • Avroliqa
  • 16:18 16.09.2019
  • Oxunma sayı: 574
UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ”ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Corneraz.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi