23 oktyabr 2024. Çərşənbə

"Sevilya" Bakıya onsuz gəlir


  • Avroliqa
  • 16:10 17.09.2019
  • Oxunma sayı: 563
"Sevilya" Bakıya onsuz gəlir

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sevilya" Bakı səfəri öncəsi İspaniya hazırlığını tamamlayıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, komanda bu gün son məşqinə çıxıb.

Sadəcə  Nolito zədə səbəbindən komandadan ayrı fərdi məşqlə kifayətlənib. Zədəsinə ötən həftəsonu "Alaves"lə görüşü də buraxan İspaniya futbolçu ilə bağlı yekun qərar bu gün verilib. Baş məşqçi Xulen Lopeteqi 33 yaşlı hücumçunu Bakıya gətirməmək qərarına gəlib. La Liqanın növbəti turunda "Real"la keçiriləcək oyunu da nəzərə alan Lopeteqi oyunçusuna tamam sağalmaq imkanı yaradıb.

La Liqa təmsilçisi "Qarabağ"la qarşılaşmadan dərhal sonra vətənə dönəcək və ertəsi gün "kral klubu" ilə matçın hazırlığına başlayacaq. Təqvim sıxlığına görə, İspaniya çempionatının liderinin "Qarabağ"la görüşdə heyətdə rotasiya etməsi böyük ehtimaldı. "Sevilya" ölkəmizə 24 futbolçu ilə yola düşüb. Hətta cəza ucbatından qarşılaşmanı buraxacaq Lukas Okampos da komanda ilə birlikdə Bakıya yollanıb.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi