- Avroliqa
- 01:59 28.11.2025
“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa Liqasında “Yanq Boyz”la keçiriləcək matç öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Komandadan yalnız Tayron Minqs zədəlidir. Digər futbolçular oynamağa hazırdır. Səhər toplantımız olacaq, həm komandanın, həm də rəqibin durumunu ayrıca təhlil edəcəyik. Bunun əsasında start heyətinə qərar verəcəyik”
İspaniyalı baş məşqçi komandanın inkişaf prosesini də şərh edib:
“Komandanın formalaşması üzərində hələ işləməliyik. Aramıza yeni qoşulan futbolçulardan bəzilərinə adaptasiya üçün vaxt lazımdır. Bəziləri az oynayır və özlərini daha rahat hiss etməlidirlər. Amma oyunçuların fədakarlığı nəticəsində artıq nəticələr qazanırıq”.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-də saat 21:45-də start götürəcək.Turnir cədvəlində “Aston Villa” 9 xalla 6-cı, “Yanq Boyz” isə 6 xalla 22-ci pillədə qərarlaşıb.