5 dekabr 2025. Cümə

UEFA Avropa Liqasında V turun oyunları başa çatdı


  • Avroliqa
  • 01:59 28.11.2025
  • Oxunma sayı: 214
UEFA Avropa Liqasında V turun oyunları başa çatdı

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, gecənin qarşılaşmalarında maraqlı nəticələr qeydə alınıb.

İspaniyanın “Betis” klubu doğma meydanda Niderland təmsilçisi “Utrext” üzərində 2:1 hesablı qələbə əldə edib. “Bolonya” isə Avstriyanın “Zalsburq” komandasını 4:1 hesabı ilə böyük üstünlüklə məğlub edib.

Serbiyanın “Srvena Zvezda” klubu Rumıniyanın FKSB komandasına qarşı ev oyununda minimal hesabla qalib gəlib – 1:0. Niderlandın "Qo Ehed İqlz" komandası Almaniya “Ştutqart”ı qarşısında heç bir müqavimət göstərə bilməyib və 0:4 hesabı ilə uduzub.

Belçikada keçirilən oyunda “Genk” İsveçrə təmsilçisi “Bazel”i 2:1 hesabı ilə məğlub edib. Gecənin ən böyükhesablı qələbəsi isə İsraildə qeydə alınıb – “Makkabi” (Təl-Əviv) Fransanın “Lion” klubu qarşısında 0:6 hesabı ilə darmadağın olub.

İngiltərənin “Nottinqem Forest” komandası İsveç təmsilçisi “Malmö”nü 3:0 hesabı ilə yenərək qrupda vacib qələbə qazanıb. Yunanıstanda “Panatinaikos” Avstriyanın “Şturm” komandasına qarşı 2:1 hesablı qələbə əldə edib.

Günün son oyununda isə Şotlandiyanın “Reyncers” klubu Portuqaliyanın “Braqa” komandası ilə 1:1 hesablı heç-heçə edib.







Avroliqa