5 dekabr 2025. Cümə

Mahir daha iki oyunu buraxacaq


  • Avroliqa
  • 18:21 18.09.2019
  • Oxunma sayı: 459
Mahir daha iki oyunu buraxacaq

Zədəsi səbəbindən sabah Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə matçı buraxacaq “Qarabağ”ın hücumçusu Mahir Emrelinin yaşıl meydana nə vaxt qayıdacağı təxmini müəyyənləşib.

Corner.az-ın əldə etdiyi xəbərə görə, gənc futbolçu iki həftə oynaya bilməyəcək. Bu səbəbdən Emreli sabahkı “Sevilya” matçı ilə yanaşı Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” – “Qarabağ”, 6-cı turun “Qarabağ” – “Sumqayıt” matçlarını buraxacaq. Emrelinin Avropa Liqasının ikinci turunun oktyabrın 3-də keçiriləcək “Düdelanj” (Lüksemburq) – “Qarabağ” görüşündə iştirak etməyəcəyi də istisna olunmur.

Xatırladaq ki, M.Emreli Premyer Liqanın ötən şənbə “Neftçi”yə qarşı görüşündə zədə alıb.(qol)







Avroliqa