23 oktyabr 2024. Çərşənbə

Qarabağ'a qarşı ən yaxşı heyətimiz oynayacaq - Lopetegi


  • Avroliqa
  • 19:36 18.09.2019
  • Oxunma sayı: 470
Qarabağ'a qarşı ən yaxşı heyətimiz oynayacaq - Lopetegi

Sevilya'nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Corner.az-ın məlumatına görə, o, Ağdam təmsilçisində güclü futbolçuların olduğunu bildirib.

- Buna qədər “Atletik” və “Atletiko” Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?

- Əlbəttə ki, bura gəlmiş klublar haqda məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi.

- Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olar?

- Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.

- Qarşıdan “Real”la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?

- Bizim üçün sadəcə bir oyun var, o da “Qarabağ”a qarşı.

- Avropa Liqasında ilk oyununuz olacaq. Məqsəd nədir?

- Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.

- Start heyətini müəyyənləşdirmisinizmi?

- Sabah ən yaxşı heyəti meydana buraxacağıq.

- Hansı dəyişiklikləri planlaşdırırsınız?

- Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.

- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?

- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmək istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.(qol)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi