23 oktyabr 2024. Çərşənbə

Hər şey "Qarabağ"a qarşı matçla başlayır - Xesus Navas


  • Avroliqa
  • 17:03 19.09.2019
  • Oxunma sayı: 486
Hər şey "Qarabağ"a qarşı matçla başlayır - Xesus Navas

"Avropa Liqası mənim üçün xüsusi turnirdi. Biz bu yarışı bir neçə dəfə qazanmışıq. Həqiqət budu ki, Avropa Liqası bizə çox sevinc bəxş edib”. 

Corner.az-ın məlumatına görə, bunu "Sevilya"nın kapitanı Xesusi Navas deyib.

La Liqanın lideri Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma öncəsi yerli mətbuata danışan Navas yenə hədəflərinin turniri qazanmaq olduğunu söyləyib.

İspaniya millisinin sağ cinah oyunçusu uğurlu başlanğıc etmək istədiklərini deyib: "Xəyalım "Sevilya" ilə yenidən titul qazanmaqdı. 34 yaşım olsa da, hələ uğurlara acam. Özümüzü çox yaxşı hiss edirik. Bilirik ki, çox uzun və mürəkkəb turnirdi. Bu üzdən oyuna-oyuna irəliləməliyik. Bu mənada hər şey "Qarabağ"a qarşı matçla başlayır. Qələbə ilə başlanğıc etmək istəyirik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" qarşılaşması saat 20:55-də start götürəcək.(matç)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi