29 yanvar 2026. Cümə axşamı

Avroliqada dünən qeydə alınan böyükhesablı nəticələr


  • Avroliqa
  • 12:47 20.09.2019
  • Oxunma sayı: 524
Avroliqada dünən qeydə alınan böyükhesablı nəticələr

Avropa Liqasının dünən keçirilən qrup mərhələsinin ilk turunun bir neçə oyununda böyükhesablı məğlubiyyətlər də qeydə alınıb.

Corner.az xəbər verir ki, onlardan biri Bakıda "Qarabağ" - "Sevilya" matçında olub. Ağdam klubu İspaniya Liqasının hazırkı liderinə 0:3 hesabı ilə uduzub.

Amma daha çox böyükhesablı məğlubiyyət, yaxud qələbələr digər  oyunlarda olub.

C qrupu

"Bazel" (İsveçrə) -  "Krasnodar" (Rusiya) - 5:0

J qrupu

"Borussiya" (Münhenqladbax, Almaniya) -  "Volfsberqer" (Avstriya) - 0:4
 
"Roma" (İtaliya) - "Başakşəhər" (Türkiyə) - 4:0

 H qrupu

"Ludoqorets" (Bolqarıstan) -  SSKA (Rusiya) - 5:1

F qrupu

"Ayntraxt" (Almaniya) -  "Arsenal" (İngiltərə) - 0:3







Avroliqa