23 yanvar 2026. Cümə

"Bolonya" və "Betis" uduzdu, “Srvena Zvezda”dan qələbə


  • Avroliqa
  • 23:58 22.01.2026
  • Oxunma sayı: 51
"Bolonya" və "Betis" uduzdu,  “Srvena Zvezda”dan qələbə

Avropa Liqasının VII turunda bir sıra oyunlar başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, səfərdə “Malmö” üzərində minimal hesabla qalib gələn (“1:0”) “Srvena Zvezda” turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Yeganə qolu 16-cı dəqiqədə Vasilie Kostov vurub.

 “Bolonya” isə səfərdə “Seltik”lə qarşılaşmada erkən üstünlük qazansa da, oyunçu sayında azlıq yaşayıb. Reo Xatatənin 34-cü dəqiqədə qırmızı vərəqə alması ilə İtaliya təmsilçisi bir nəfər azlıqda qalsa da, ikinci hissədə fərqi azaldaraq oyunu 2:2 hesabı ilə başa vurub.

Digər oyunlarda isə “Betis” səfərdə PAOK-la qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib və 0:2 hesabı ilə məğlub olub.







Avroliqa