- Avroliqa
- 15:52 28.01.2026
UEFA Avropa Liqasında sabah axşam Lionda “Olimpik Lion”la qarşılaşacaq PAOK klubunun bir qrup azarkeşi Fransaya səfər edərkən ağır yol-nəqliyyat hadisəsi ilə üzləşib.
90deqiqe.Az-ın Yunanıstan Dövlət Televiziyası ERT-yə istinadən məlumatına görə, PAOK azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada, Luqojelul şəhəri yaxınlığında DN6–E70 avtomobil yolunda ötmə manevri zamanı qarşıdan gələn yük maşını ilə toqquşub.
Qəza nəticəsində avtomobildə olan 10 nəfərdən 7-si həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis baş verən faciə ilə bağlı başsağlığı mesajı yayıb. O bildirib ki, Yunanıstan hökuməti Rumıniya rəsmiləri ilə əlaqə saxlayaraq hadisənin nəticələrinin aradan qaldırılması üçün birgə fəaliyyət göstərir.